Ölkənin ilk asan mədaxil məhsulunu yaratdıq

Şirkətlərin və fiziki şəxslərin iri həcmli nağd ödəniş və inkassasiya proseslərini optimallaşdırmaq üçün KorpON layihəsini başlatdıq.

Layihənin məqsədi fərdi nağd vəsaitlər və korporativ ödənişlərin günün istənilən vaxtı terminal vasitəsilə hesaba mədaxilini təmin etmək idi. Beləliklə, nə banka getməyə, nə də bank növbəsi gözləməyə ehtiyac qalmayacaqdı. PAŞA Bank və Kapital bankın dəstəkləri ilə ərsəyə gələn layihənin planlamadan icrasına qədər bütün məhsul prosesini komandamız həll etməyi bacardı.

Nəticədə terminal üçün istifadəsi asan və rahat anlaşılan daxili struktur yaratdıq və terminalın təqdimatı üçün veb-sayt təqdim etdik. Azərbaycan üçün bir yenilik olan bu layihə hazırda ciddi inkişafdadır və artıq ölkənin bir çox nöqtəsində KorpON terminallarına rast gələ bilərik.

Layihə detalları

Nələr etdik?

Təcrübəmizi danışdırdığımız layihələr

Bu günə qədər bir çox şirkət təcrübəmizdən yararlanaraq məhsullarını təkmilləşdirib